- 13:03
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək.
E-huquq.az xəbər verir ki, bununla bağlı sənəd bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
Layihə parlamentin mayın 26-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, o 1986-cı ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 2009-dan 2016-cı ilədək Ali Məhkəmədə katib kimi çalışıb, 2016-dan 2018-ə qədər Sabunçu rayon prokurorluğunda müstəntiq vəzifəsində fəaliyyət göstərib.