- 13:03
Bilal Mahir oğlu Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcəyi gözlənilir.
E-huquq.az xəbər verir ki, təyinatla bağlı sənəd bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
Layihə parlamentin mayın 26-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, o hazırda Bakı Hərbi Məhkəməsində hakim vəzifəsində çalışır.