Müdafiə Sənayesi Nazirliyinin sabiq vəzifəli şəxsinə hökm oxundu


  • 17:05

Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Eyvaz Niftalıyev 10 il, Ramis Hümmətov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının icrası himayəsində olan azyaşlı övladının 14 yaşı tamam olana qədər təxirə salınıb.

Həmçinin 132 000, 2 300, 7 000 manat dəyərində mülki iddialar təmin edilib.

Xatırladaq ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisi olub. Eyvaz Niftəliyev isə Şamaxı rayonunda müəllim işləyib, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunub.

İstintaq orqanı tərəfindən E.Niftəliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov barəsində isə həmin Məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.

İttihama görə, E.Niftəliyev su vulkanlarının tədqiqatın aparılması ilə bağlı şəxslərə əmək müqaviləsi bağlayıb və bəzi işlər görmək istəyib. Amma sonradan zərərçəkmiş şəxslərdən aldığı pulları ələ keçirib.

Humay Eminqızı

Oxşar xəbərlər