Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı


  • 11:11

Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatıb.

E-huquq.az xəbər verir ki, yuxarı instansiya sədrinin təyin edilməsi ilə bağlı məsələyə yaxın günlərdə müvafiq qaydada baxılacağı və Prezidentə təqdim olunacağı gözlənilir.

Qanunvericiliyə əsasən, Azərbaycanda məhkəmə sədrləri 5 il müddətinə təyin olunur. Bu müddət başa çatdıqdan sonra əvvəlki sədrin yenidən təyin edilməsi və ya başqa namizədin irəli sürülməsi mümkündür.

Qeyd edək ki, M.Əkbərov 2021-ci il mayın 24-də Prezidentin Sərəncamı ilə Bakı Apellyasiya Məhkəməsinin sədri təyin edilib.

Mənbə: Qafqazinfo

Oxşar xəbərlər