- 13:51
"Azərbaycanda məhkəmə kollegiya sədrlərindən 26 nəfərdən yalnız 3 nəfəri qadındır".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
Deputat bu göstəricini çox aşağı qiymətləndirib.
F.Mustafa qeyd edib ki, qadınların məhkəmə hakimi kimi istedadı, qabiliyyəti və çalışqanlığı bir çox hallarda kişilərdən daha yüksək səviyyədə olur.
O əlavə edib ki, qadınların vəzifədə irəli çəkilməsi imkanları artırılmalıdır.
Şəbnəmm Mehdizadə