Deputat: "İnam Kərimovun təyinatından sonra məhkəmə sahəsində mühüm irəliləyiş olub"


  • 13:59

"İnam Kərimovun Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına sədr təyin olunmasından məhkəmə sahəsində mühüm irəliləyişlər əldə olunub".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşən Musayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, islahatlar nəticəsində şəffaflıq təmin olunub, ədalət mühakiməsinin daha effektiv həyata keçirilməsi üçün ciddi zəmin formalaşıb.

E.Musayev qeyd edib ki, bu gün yuxarı instansiya məhkəmələrinə təyin olunan hakimlər layiqli namizədlərdir: "Onların siyahısı bizə təqdim olunana qədər, təbii ki, çoxsaylı araşdırmalardan keçir. Həmin hakimlərin tərcümeyi-halına, hüquq sahəsindəki təcrübəsinə nəzər salmaq kifayətdir ki, onların nə qədər peşəkar və layiqli namizədlər olduğunu görək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər