- 14:17
Azərbaycanda qadın hakimlərin sayı artıb.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, bu göstərici ölkədə gender bərabərliyinin təmin olunması və qadınların məhkəmə sistemində fəal iştirakının mühüm nümunəsidir.
N.Səfərov qeyd edib ki, hazırda məhkəmə sistemində fəaliyyət göstərən 705 hakimdən 210-u qadındır. Bu isə hakim korpusunun 29,8 faizini təşkil edir.
Şəbnəm Mehdizadə