- 13 Avqust 19:28
İyunun 28-də Dövlət İmtahan Mərkəzi Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Mərkəzdən e-huquq.az-a verilən məlumata görə, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 339 nəfərdən 2 nəfər imtahana gəlməyib. 175 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 29, 30 iyun və 1 iyul tarixlərində saat 14:00-dan 17:00-Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 50) fəaliyyət göstərəcək.
***
Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir.
E-huquq.az xəbər verir ki, 2026-cı il 28 iyun tarixində hakimliyə namizədlərlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilir.
İmtahanda 337 hakimliyə namizəd iştirak edir.
Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırırlar.
İmtahanın nəticələri hər bir namizədə sualları cavablandırdıqdan dərhal sonra dərhal namizədə elan olunacaq.
İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış hakimliyə namizədlər müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılacaq.
Qaydalara əsasən imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.
Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, növbəti müsahibə üçün hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.
Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.