Azərbaycanda hakimə qarşı hörmətsizlik edən şəxs həbs olundu - FOTO


  • 12:55

Masallı Rayon Məhkəməsinin qadın hakimi Ellara Abbasovanın üzərinə gedərək aqressiv hərəkətlər nümayiş etdirməklə xırda xuliqanlıq əməli törədən şəxs inzibati qaydada həbs olunub.

E-huquq.az xəbər verir ki, hadisə Ellara Abbasovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində sonra baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü, Masallı şəhər sakini Murad Əzizov qardaşı İzzət Orucova çıxarılan hökmə görə hakim Ellara Abbasovaya etiraz edib. O, məhkəmənin pilləkənlərindən düşən hakimə yaxınlaşaraq uca səslə qışqırıb, qardaşı barəsində düzgün qərar qəbul edilmədiyini bildirməklə yanaşı, ədalət təmsilçisinin üzərinə doğru hərəkət edib.

Polis əməkdaşları Murad Əzizovu Ellara Abbasovadan uzaqlaşdırmaq istəsələr də o, əsəbi və aqressiv hərəkətlərini davam etdirib.

Polisin qanuni tələblərinə qəsdən tabe olmayan və xırda xuliqanlıq əməlləri törədən şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Lakin Masallı Rayon Məhkəməsinin sədri və həmin məhkəmənin digər hakimləri iş üzrə icraatın obyektivliyi, ədalətliliyi və qərəzsizliyi barədə proses iştirakçılarında hər hansı mümkün şübhənin yaranmaması məqsədilə özlərinə etiraz edib, inzibati xəta haqqında iş materiallarının başqa rayon məhkəməsində baxılması üçün qərardan qəbul edib.

Cəlilabad Rayon Məhkəməsində keçirilən prosesdə Murad Əzizov təqsirini etiraf edib. Əməlindən peşiman olduğunu bildirən şəxs bir ay müddətinə inzibati qaydada həbs olunub.

Qeyd edək ki, Ellara Abbasova gənc hakimlərdəndir. Əvvəllər vəkil kimi fəaliyyət göstərən ədalət təmsilçisi, 2024-cü ildə Masallı Rayon Məhkəməsin hakimi təyin olunub.

Mənbə: Xitab24.az

Oxşar xəbərlər