Müsahibədə uğur qazanmış hakimliyə namizədlərin - SİYAHISI


  • 10:02

Sentyabrın 25-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

E-huquq.az-ın xəbərinə görə, iclasda qeyd olunub ki, test və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən müsahibələr keçirilib.

Müsahibə zamanı namizədlərin hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib, biliklərini tətbiqetmə və özünü təqdimetmə bacarıqları, ümumi dünyagörüşü, təmkinliliyi, fikir və rəylərini ifadə etmək, analitik düşünmək qabiliyyəti yoxlanılıb.

Həmçinin hakim vəzifəsində çalışmaq üçün zəruri keyfiyyətlərə malik olmaları Komitə tərəfindən qiymətləndirilən namizədlərdən 40 nəfər müsahibədə müvəffəqiyyət qazanıb. Onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

Qanunvericiliyə uyğun olaraq, 2026-cı il sentyabrın 29-da Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərlə söhbət keçiriləcək və onların ixtisaslaşması müəyyən ediləcək.

Qaydalara əsasən, hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.

Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısını təqdim edirik:

№

Soyadı, adı, atasının adı

1.

Abbaslı Vüqar Qurban oğlu

2.

Abbasov Lətif Kazım oğlu

3.

Abbasov Səbuhi Mehdi oğlu

4.

Abbasova Fərəh Qulam qızı

5.

Abdullayev Hörmət Uğurlu oğlu

6.

Adıgözəlova Bəxtşən Aydın qızı

7.

Allahverdiyev Fuad Zahir oğlu

8.

Babayev Rəşad Mahir oğlu

9.

Cəfərov Vüsal Suliddin oğlu

10.

Əhmədli Səxavət Böyükağa oğlu

11.

Əkbərova Aysel Seymur qızı

12.

Əliyev Natiq Abbas oğlu

13.

Əlizadə Əli İlqar oğlu

14.

Əzizli Bəsdi İlham qızı

15.

Həmidova Aynur Eldar qızı

16.

Həsənzadə Səbuhi Mehdi oğlu

17.

Həşim Rəşad Əlisahib oğlu

18.

Hümbətov Elmir Sahib oğlu

19.

Hümbətov Əli Surxay oğlu

20.

İsa-zadə Elnur Nizami oğlu

21.

İslamzadə Vüqar Səyyar oğlu

22.

Kazımlı Araz Osman oğlu

23.

Kazımova Şəhla Saleh qızı

24.

Qurbanova Gülay Əjdər qızı

25.

Məmmədov Fariz Rais oğlu

26.

Məmmədov Rəsul Yasər oğlu

27.

Məmmədova Aydan Adgözəl qızı

28.

Məmmədova Nuranə Asif qızı

29.

Məmmədova Rübabə Əşrəf qızı

30.

Mikayılov Səbuhi Həsənpaşa oğlu

31.

Mirzəyeva Şəlalə Namiq qızı

32.

Muxtarov Mirtale Mirzamin oğlu

33.

Nəcəfova Lamiə Amil qızı

34.

Nəcəfova Taliyə Tofiq qızı

35.

Nəsirli Nərmin Hüseyn qızı

36.

Rzayev Əsvər Məhərrəm oğlu

37.

Səfərova Ülkər Asim qızı

38.

Süleymanova Leyla Abbas qızı

39.

Tağıyeva Vəfa Hənifə qızı

40.

Zərbiyeva-Babazadə Fatimə Qədir qızı

Oxşar xəbərlər