“Hakimlər tərəfindən yol verilmiş neqativ hallarla bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən qətiyyətli tədbirlər görülür”.
E-huquq.az xəbər verir ki, bunu Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov deyib.
M. Əkbərov bildirib ki, Məhkəmə-Hüquq Şurası 2005-ci ildən indiyədək 250-dən çox intizam icraatı başlayıb: “Ötən il ərzində hakimlərin fəaliyyətində hüquq pozmalarına yol verildiyinə görə, 14 hakimin fəaliyyəti qeyri-məqbul hesab edilib, 4 nəfər məhkəmə sədri aşağı vəzifəyə keçirilib və digər qətiyyətli tədbirlər görülüb. Korrupsiya hüquqpozmalarına yol verdiyinə görə, bir neçə hakim barəsində toplanmış materiallar müvafiq qərar qəbul edilməsi üçün aidiyyatı üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Konkret halda 1 hakim və məhkəmə aparatı işçisi barəsində də cinayət işi başlanıb”.
