“Azercell Telekom” MMC “Firstline Assistance” MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Azercell Telekom” 34 manat 71 qəpik abunə və xidmət haqqı borcunu cavabdehdən məcburi tutulması barədə tələb irəli sürüb.
İddia ərizəsi onunla əsaslandırılıb ki, "Firstline Assistance" MMC ilə “Azercell Telekom” MMC arasında 2010-cu ildə “Abunə müqaviləsi” bağlanılıb. Müqaviləyə əsasən, "Firstline Assistance" MMC öz mobil nömrə vasitəsi ilə iddiaçının rabitə xidmətlərindən istifadə edib və nəticədə onun 34 manat 71 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranıb.
Cavabdehin öz borcunu ödəməsinin son tarixi 2016-ci il martın 17-də müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməyib.
Məhkəmə “Azercell Telekom” MMC-nin iddiası təmin edib.
Qeyd edək ki, 2009-cu cu ildə dövlət qeydiyyatından keçən "Firstline Assistance" MMC üzvlərinə bir neçə təşkilatçılıq xidmətləri göstərir.
