Məzmuna keç

Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşı azadlığa buraxılıb

Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşı azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşı Gökhan Tavukçu və Aynurə Qocayevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. G.Tavukçunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hər iki şəxs Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində insan alveri ittihamı irəli sürülüb.

G.Tavukçu və A.Qocayeva ölkə vətəndaşları olan 4 qadını Türkiyə Respublikasına apararaq insan alverinə məruz qoyub.