Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, Aşıq Qurban küçəsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyev yanvarın 3-də gecə saat 23:50-də yaşadığı A.Qurban küçəsi, 25 saylı evin qarşısında qonşusu, 1993-cü il təvəllüdlü İ.Mustafayev tərəfindən bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub.
