Məzmuna keç

Keçmiş rektorun evinə basqın edən qadın Ali Məhkəməyə müraciət edib

Keçmiş rektorun evinə basqın edən qadın Ali Məhkəməyə müraciət edib

Azərbaycan Dövlət Dillər Universitetinin keçmiş rektoru Dünyamin Yunusovun evinə basqın etməkdə təqsirləndirilən Zemfira Bağırzadənin barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verilib.

E-huquq.az-ın xəbərinə görə, Ali Məhkəməyə müraciət edən qadın barəsində daha yüngül cəzanın təyin edilməsini istəyir.

Şikayət hakim Fərhad Əliyevin icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

İttihama görə, hadisə 2016-cı ilin mayında Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib. Həmin ünvanda 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65 min manat pul və 15 min manat dəyərində qızıl əşyalar aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Z.Bağırzadə tutulublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Şirinov 12 il 6 ay, Y.Qasımov 12 il 6 ay, S.Hüseynov 10 il, C.Hümbətov isə 10 il 6 ay və Z.Bağırzadə isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək, barələrində daha yüngül cəzanın təyin edilməsini xahiş ediblər. Bakı Apelyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib.

Qeyd edək ki, Z.Yunusovanın həyat yoldaşı D.Yunusov hadisədən sonra vəfat edib. Məhkəmə zərərçəkmiş kimi Z.Yunusovanı tanıyıb.