Məzmuna keç

Prokuror rüşvətə görə həbs edilən keçmiş icra məmuruna cəza istəyib

Prokuror rüşvətə görə həbs edilən keçmiş icra məmuruna cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

E-huquq.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatıdğı elan olunub.

Prokuror çıxışında A.Məmmədovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Naibə Priyeva isə ona daha ağır cəza verilməsini tələb edib və təqsirləndirilənin ünvanına təhqiramiz ifadələr işlədib.

Proses iyulun 9-dək təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, A.Məmmədov vətəndaşlar – Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini versə də, əməl etməyib.

Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.