Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərlib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayının 27-də saat 23 radələrində Bakının Nizami rayonu ərazisində baş verib. Paytaxt sakini Z.İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölüb, A.Bağırovun isə ağır yaralanıb.
Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gəlib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.
Z.İsmayılov tutulub, silahı evdən götürülüb.
