Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Abıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 9-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 20-də Şəmkir rayonunun Çənlibel kəndində baş verib. Həmin ərazidə "VAZ-21010" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan sərnişin – Ələsgərov Xaliq Nadir oğlu ölüb, avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Abdiyev Vüsal Rasim oğlu isə ağır yaralanıb.
X.Əsgərovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib.
