Məzmuna keç

Dörd nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Dörd nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Şəki Ağır Cinayətlər Məhkəməsində Göyçayda 4 nəfərin ölümü ilə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Aqşin Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 8-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 24-də saat 23 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində baş verib. A.Abdullayevin idarə etdiyi “Mercedes” və Ənvər Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Əhmədov və sərnişinlərindən Ramil Salmanov, onun arvadı Gülnar, oğlu Azər hadisə yerində ölmüş, digər 5 sərnişini, habelə A.Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.