Məzmuna keç

Rayon Təhsil Şöbəsinin sabiq müdirinin məhkəməsi başlayıb

Rayon Təhsil Şöbəsinin sabiq müdirinin məhkəməsi başlayıb

Şəki Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Mahir Dibirov, başqa rayon təhsil işçiləri Maral Əliyeva, Havva Hacıyeva, Elmira Benqerova, Gülbuta Əliyeva, Laura Mustafayeva, Ximisət Zeynalova, Gülnisə Xəlilova, Həlimat Xəlilov, Bəsti Layıcova, Pirdaş Ağcayeva, Meysarat Dibirova, Ayşa Emçiyavanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, həmin şəxslər külli miqdarda mənimsəmədə təqsirli bilinir.

Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri M.Dibirovun barəsində ötən ilin sonlarında cinayət işi başlanılıb. Daha sonra digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.