Məzmuna keç

Söyüş üstündə dostunu öldürən şəxsin barəsində daha bir cinayət işi başlanılıb

Söyüş üstündə dostunu öldürən şəxsin barəsində daha bir cinayət işi başlanılıb

Söyüş üstündə dostunu öldürən Xəyal Şabanzadənin barəsində daha bir cinayət işi başlanılıb.

E-huquq.az-ın xəbərinə görə, o, saxlanıldığı cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyaların hazırlanmasında təqsirli bilinir.

X.Şabanzadənin barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, Nizami Rayon Məhkəməsinə göndərilib. İş hakim Rauf Əhmədovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2015-ci ilin iyulun 26-da Xəzər rayonu Hövsan qəsəbəsi Südçülük massivində Lerik sakini, 1991-ci ildə Ağayev Əyyar Qubad oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylıı şəhər xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş şəxsin Ə.Ağayevin dostu X.Şabanzadə olması müəyyən edilib. O, saxlanaraq istintaqa təhvil verilib. Hadisə dostlar arasında baş verən söyüş üstündə baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Şabanzadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.