Azərbaycan məhkəmələrinin gənc hakimləri - SİYAHI

Azərbaycan məhkəmələrinin gənc hakimləri məlum olub


  • 3 İyul 2019 17:56

Azərbaycan məhkəmələrinin gənc hakimləri məlum olub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, 31 yaşında hakim adını qazanan - Günay Həşimova, Gülnar SəfərəliyevaMehdi Əliyev birinci instansiya məhkəmələrində fəaliyyət göstərirlər.

1987-ci il təvəllüdlü G.Həşimova 2018-ci ildən Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışır. Onun həmyaşıdı - G.Səfərəliyeva da eyni ildən Naxçıvan Şəhər Məhkəməsinin hakimi işləyir.

31 yaşlı digər hakim M.Əliyev isə 2018-ci ildə hakim adını qazanıb və elə həmin il də Şərur Rayon Məhkəməsinin sədri olub.

Digər hakimlər - Gülnar Əhmədova (Qaradağ Rayon Məhkəməsi), İlkin Rüstəmli (Səbail Rayon Məhkəməsi), Cavid Hüseyn (Xətai Rayon Məhkəməsi), Ramilə Xəzri (Xəzər Rayon Məhkəməsi), Kənan Hüseynov (Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi) və Günel Tanrıverdiyevanın (Sumqayıt Şəhər Məhkəməsi) yaşları 32-dir.

Bu hakimlərin hamısı birinci instansiya məhkəmələrində fəaliyyət göstərirlər.

Ümumiyyətlə, Azərbaycanda 35 yaşa qədər olan 59 hakim fəaliyyət göstərir.

Oxşar xəbərlər