Azərbaycanın məhkəmə sistemində fəaliyyət göstərən hakimlərinin sayı açıqlanıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, ümumi ştat sayı 800 olan hakimlərin hazırda 562-si fəaliyyət göstərir.
Ali Məhkəmədə 41, apellyasiya məhkəmələrində 132, inzibati-iqtisadi məhkəmələrində 39, hərbi məhkəmələrdə 23, ağır cinayətlər məhkəmələrində 50 və rayon (şəhər) məhkəmələrində isə 277 hakim işləyir.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda qeyd edilib ki, Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq.
