Məzmuna keç

Deputatlığa keçmiş namizədin məhkəməsi başlayıb

Deputatlığa keçmiş namizədin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq təqsirləndirilən Xalidə Şirəlizadə, Suliddin Məmmədov və Firdovsi Şirəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, X.Şirəlizadə barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Təqsirləndirilən X.Şirəlizadə ilə F.Şirəliyev bacı-qardaşdır.

Məhkəmənin baxış iclası iyulun 9-na təyin edilib.

Qeyd edək ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İttiham aktına əsasən, X.Şirəlizadə, S.Məmmədov və F.Şirəliyev 7 vətəndaşa qarşı dələduzluq ediblər.

Xatırladaq ki, X.Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.