Məzmuna keç

Məhkəmə Vergilər Nazirliyinin şirkətə qarşı iddasını təmin edib

Məhkəmə Vergilər Nazirliyinin iddasını təmin edib

Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamentinin “MAY VEY QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiaya baxılıb.

E-huquq.az verir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, iddia təmin edilib. Belə ki, “MAY VEY QRUP” MMC-nin dövlət büdcəsinə olan 400 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılacaq.