Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Müzadil Həsənovun cinaytət işi üzrə ibtidai istintaqı başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinıə göndərilib.
Cinayət işi hakim Vaqif Həsənovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il apreiln 1-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
