Məzmuna keç

Tələbəni avtomobillə vurub öldürən sürücünün məhkəməsi başladı

Tələbəni avtomobillə vurub öldürən sürücünün məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tural Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Bakı şəhərində baş verib. “Chrysler” markalı avtomobilin sürücüsü T.Rəsulov Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazi İlkin Bəxtiyar oğlunu vurub. Nəticədə tələbə dünyasını dəyişib. T.Rəsulovun maşını Bakı Əyləncə Mərkəzinin qarşısından qaçırdığı bildirilib.

“Chrysler” markalı avtomobilin sahibi isə 23 yaşlı Vəliyev Samir Əmirxan oğludur.

İstintaq orqanı T.Rəsulovun barəsində Cinayət Məcəlləsinni 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.