Məzmuna keç

Məhkəmə şirkət rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərarını ləğv edib

Məhkəmə şirkət rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərarını ləğv edib 

Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti “PRESTİJ-S.E.” MMC-nin rəhbəri Vasif Kərimova qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə məhkəməyə müraciət edib.

E-huquq.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi nazirliyin müraciətini təmin edib.

Nazirliyin ərizəsinə əsasən, “PRESTİJ-S.E.” MMC-nin dövlət büdcəsinə olan ümümuilikdə 98 6425 manat vergi borcunu ödəməyib. Buna görə də nazirlik cəmiyyətin rəhbəri V.Kərimovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdaralmasını istəyib.

Qərardan narazı qalan şirkət rəhbəri apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qətnaməni ləğv edib. Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin ərizəsi təmin olunmayıb.