Azərbaycanda tanınmış market cərimələnib.
E-huquq.az-ın xəbərinə görə, “Al Market” MMC sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiyi üçün cərimə olunub.
Binəqədi Rayon Məhkəməsi marketi İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək, MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarıb.
Qərarından narazı qalan “Al Market” MMC-nin direktoru apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd edək ki, "Azərsun Holdinq" MMC-yə məxsus olan “Al Market” mağazalar şəbəkəsinin Azərbaycanda bir necə mağazası fəaliyyət göstərir.
