Məzmuna keç

Bakıda kriminal avtoritetin məhkəməsi başlayır

Bakıda kriminal avtoritetin məhkəməsi başlayır

Qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Rafael Hüseynovun cinaytət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinıə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Sabunçu rayon Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlu bu il aprel ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları onun evində 5 kiloqramdan çox marixuana aşkarlayıb.

R.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.Hüseynov daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib. O, kriminal avtoritet kimi tanınır.