Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhərində baş verib. М.Ələkbərov keçmiş həyat yoldaşı Ş.Ələsgərovaya iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.
Yaralının həyatını xilas etmək mümkün olub.
Daha sonra Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
