Məzmuna keç

Məhkəmə sahibkara məxsus 36 ədəd tütün məmulatlarını müsadirə etdi

Məhkəmə sahibkara məxsus 36 ədəd tütün məmulatlarını müsadirə etdi

Azərbaycanda market sahibi cərimələnib.

E-huquq.az-ın xəbərinə görə, Vergilər Nazirliyinin (VN) 11 saylı Ərazi Vergilər Departamenti sahibkar Vasif Məmmədəliyevə məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 29,70 manat olan 36 ədəd tütün məmulatlarının müsadirə edilməsi barədə iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Nazirliyin tələbinə əsasən, Yevlax rayonunda yerləşən, vergi ödəyicisi V.Məmmədəliyevə məxsus "Vasif Market" mağazasında operativ vergi nəzarəti tədbiri həyata keçirilib. Vergi nəzarəti tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 29,70 manat olan 36 ədəd tütün məmulatları aşkar olunub.

Bu fakt üzrə cavabdeh V.Məmmədəliyev barəsində akt tərtib edilib və məhkəməyə müraciət edilib.

Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarına görə, V.Məmmədəliyevə məxsus 36 ədəd tütün məmulatları müsadirə olunub.