Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
E-huquq.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında A.Qədirovun 12 il və E.Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyulun19-na təyin edilib.
Qeyd edək ki, "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir.
İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.
Cinayət işində 33 zərərçəkmiş var.
