Məzmuna keç

Ali Məhkəmə voleybolçunu qətlə yetirən şəxslə bağlı qərar verdi – FOTO

Ali Məhkəmə voleybolçunu qətlə yetirən şəxslə bağlı qərar verdi - FOTO

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Namiq Vəkilovun barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Vəkilovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2018-ci ilin fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Həmin ərazidə Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirib.

Qadının meyiti Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır. Hadisədən sonra N.Vəkilov saxlanılıb.

Qətlə yetirilən qadın peşəkar voleybolçu kimi tanınıb.

N.Vəkilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.