Məzmuna keç

Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri ilə bağlı qərar açıqlandı

Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri ilə bağlı qərar açıqlandı

Ali Məhkəmədə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "amerikapress.com" saytının rəhbəri Rauf Sultanovun barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Sultanovun kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində R.Sultanov 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikyəti ilə Ali Məhkəməyə müraciət edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyirdi.