Azərbaycanda market sahibi cərimələnib.
E-huquq.az-ın xəbərinə görə, Vergilər Nazirliyi (VN) 12 saylı Ərazi Vergilər Departamenti Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sahibkar Rauf Allahverdiyevə qarşı məhsulların müsadirə edilməsi tələbi irəli sürüb.
Nazirlik iddia tələbində R.Allahverdiyevə məxsus marketdə aksiz markaları ilə markalanmalı olan, lakin akisz markaları ilə markalanmamış alış dəyəri 42 manat olan 42 ədəd tütün məmulatlarının müsadirə edilməsini istəyib.
Məhkəmə iddianı təmin edib, sahibkarın alış dəyəri 42 manat olan 42 ədəd tütün məmulatları müsadirə edilib.
