Məzmuna keç

Şəkidə piyadanı vuraraq öldürən sürücünün məhkəməsi başladı

Şəkidə piyadanı vuraraq öldürən sürücünün məhkəməsi başladı

Şəki Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Təvəkkül Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, hadisə aprelin 10-da Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində baş verib.

Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini T.Qasımov idarə etdiyi “VAZ-2170" markalı avtomobillə şəhər sakini Oqtay Abdurəhimovu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

T.Qasımov barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.