Bakı şəhəri 11 saylı Vəkil Bürosu Binəqədi Bələdiyyəsini məhkəməyə verib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Vəkil Bürosu torpaq sahəsinin ayrılması barədə tələb irəli sürüb.
Məhkəmə iddianı rədd edib.
Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin icraatına götürülüb. İclas hakim Mirzə Tağızadənin sədrliyi ilə iyulun 24-də keçiriləcək.
Üçüncü şəxslər qismində isə Bakı Şəhər İcra Hakimiyyəti ilə Binəqədi Rayon İcra Hakimiyyəti göstərilir.
Qeyd edək ki, 11 saylı Vəkil Bürosu hazırda Bakı şəh, Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsi 22-də fəaliyyət göstərir. Büro rəhbərliyi bir neçə ay əvvəl yeni torpaq sahəsinin ayrılması ilə bağlı Binəqədi Bələdiyyəsinə müraciət edib. Binəqədi Bələdiyyəsi isə onlara rədd cavabı verib. Bundan sonra Büro rəhbərliyi məhkəməyə üz tutub.
