Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşya keçirməkdə təqsirləndirilən Namik Əsədullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əfqan Hacıyevin icratına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, rəsmi məlumata əsasən, bu il apreiln 1-də Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, həbs edilmiş N.Əsədullayev Bakı İstintaq Təcridxanasına qəbul olunarkən üzərinə və əşylarına baxış keçirilən zaman onun əynində olan pəncəyinin cibində bir ədəd bükülüdə 0,06 qram "Metadon" tərkibli narkotik maddə aşkar edilib.
