“Xaliq Faiqoğlu” MMC həbsdə olan iş adamı Azadxan Xanməmmədovu məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, Nərimanov Rayon Məhkəməsinə müraciət edən MMC pul barədə tələb irəli sürüb.
Məhkəmə iddianı rədd edib.
Qərardan narazı qalan “Xaliq Faiqoğlu” apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 2017-ci il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb. Br müddət əvvəl sahibkar A.Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı 13 nəfər – A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov, M.Qurbanov, Ə.Ağayev, Y.Əliyev, R.Hüseynov, M.Məmmədov, R.Vəliyev, E.Vəliyev və T.Musayev saxlanılaraq istintaqa cəlb olunub. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Xanməmmədov 3 il, E.İsgəndərov 4 il, S.Məhərrəmovla M.Qurbanovun isə hər biri 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə digər şəxslərin barəsində isə 2 il islah işlərinə məhkum etmə barədə qərar çıxarıb.
Xatırladaq ki, A.Xanməmmədovun oğlu Azər Xanməmmədov da “Xaliq Faiqoğlu” MMC-ni e-huquq.az/xeber/hebsde_olan_is_adaminin_oglu_xaliq_faiqoglu_mmc-ni_mehkemeye_verdi_28889″>məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsinə müraciət edən Azər Xanməmmədov qeyri-yaşayış sahələrindən çıxarılma barədə tələb irəli sürüb.
