Gəncə İnzibati-İqtisadi Məhkəməsində Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamentinin cavabdehlər – Şirin Əhmədov və Elman Yusubov qarşı məhsulların müsadirə edilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, hər 3 şəxsə qarşı qaldırılmış iddia təmin olunub.
Qeyd edək ki, iddia ərizəsində Ş. Əhmədova məxsus aksiz markaları ilə markalanmamış alış dəyəri 128,70 manat olan 90 ədəd tütün məmulatları, E. Yusubova qarşı isə akisz markaları ilə markalanmamış alış dəyəri 64 manat olan 61 ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadiə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilib.
