Məzmuna keç

Hakimlərin iştirakı ilə seminar keçirildi

Hakimlərin iştirakı ilə seminar keçirildi

Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında hakimlərin iştirakı ilə seminar-məşğələ keçirilib.

E-huquq.az-ın xəbərinə görə, iclasda mülki, cinayət, inzibati və iqtisadi işlər üzrə Ali Məhkəmədə kassasiya şikayətləri və ya protestləri əsasında baxılan Sumqayıt Apellyasiya Məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi səbəbləri müzakirəyə çıxarılıb.

Qeyd olunan qərarlar hakimlərin fəal iştirakı ilə müzakirə edilib və fikir mübadiləsi aparılıb.