Məzmuna keç

Avropa Məhkəməsindən maraqlı QƏRAR

Avropa Məhkəməsi hər hansı qərar olmadan 4 saat polis bölməsində saxlanılan şəxsin azadlıq hüququnun pozuntusuna dair qərar verib

Avropa Məhkəməsi hər hansı qərar olmadan 4 saat polis bölməsində saxlanılan şəxsin azadlıq hüququnun pozuntusuna dair qərar verib.

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.

Onun sözlərinə görə, hadisə belə baş verib: "Rusiyada fəaliyyət göstərən İşgəncələrə qarşı Komitənin sədri İgor Kalyapin 24 mart 2007-ci ildə keçirilən icazəsiz aksiyada pozuntu faktlarının aşkar edilməsi və müşahidə edilməsi üçün hadisə yerinə gedib: "Aksiya iştirakçıları polislər tərəfindən tutularkən Ərizəçi də zorla avtobusa mindirilib və polis bölməsinə aparılıb. Burada 4 saat saxlanıldıqdan sonra hər hansı akt, protokol tərtib edilmədən Ərizəçi sərbəst buraxılıb. Bundan sonra o, qanunsuz saxlanılmasına görə cinayət işinin açılmasını və kompensasiya ödənilməsini tələb edib. Onun şikayətləri yerli məhkəmələr tərəfindən təmin edilmədiyindən Ərizəçi Avropa Məhkəməsinə üz tutub. Məhkəmə onun 4 saatlıq polis bölməsində saxlanılmasına görə mənəvi zərəri 1000 avro qiymətləndirib və məhkəmə xərclərinə görə 2600 avro təyin edib. Məhkəmə Konvensiyanın 5.1, 5.5 və 13-cü maddələrinin pozulması qənaətinə gəlib".