Məzmuna keç

Təhsil Nazirliyi “Təfəkkür” Universitetini məhkəməyə verdi

Təhsil Nazirliyi “Təfəkkür” Universitetini məhkəməyə verdi

Azərbaycan Təhsil Nazirliyi fəaliyyəti dayandırılan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən nazirlik universitetin fəaliyyətinin qanunsuz sayılması və əmrin icrasının cavabdehə həvalə olunması barədə tələb irəli sürüb.

Məhkəmə qətnamə çıxardaraq, iddianı qismən təmin edib.

Qətnamədən narazı qalan “Təfəkkür” Universiteti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb.