Məhkəmə “İrşad Telecom” şirkəti ilə bağlı qərar çıxardı

Məhkəmə “İrşad Telecom” şirkəti ilə bağlı qərar çıxardı


  • 24 İyul 2019 09:21

“Nurlan-T” MMC “İrşad-İ.R” MMC-ni (“İrşad Telecom”) məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Nurlan-T” icarə haqqının ödənilməsi və s. barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib.

Qəraran narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman iddiadan imtina edilib.

Məhkəmə qərarı ləğv edərək, icraata xitam verib.

Qeyd edək ki, “İrşad Telecom” şirkəti Azərbaycanda uzun illərdir elektron və məişət cihazların satışı ilə məşğul olur.

Oxşar xəbərlər