Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Nuray Tədris Mərkəzi” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
E-huquq.az-ın xəbərinə görə, DƏMX tərtib etdiyi protokolu baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərib.
Məhkəmə MMC-ni İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilərək, 20 min manat məbləğində cərimələyib.
Qərardan narazı qalan “Nuray Tədris Mərkəzi” apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. Qeyd edək ki, “Nuray Tədris Mərkəzi”ndə özəl uşaq bağçası, uşaqlar üçün məktəbəqədər hazırlıq kursu və bir neçə kurslar fəaliyyət göstərir.
