Ali Məhkəmədə adam oğurluğunda təqsirləndirilən Elbəy Qədirov, Amlet Xanşikiyev və Niyal Tağıyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasəm, ötən il Qobustan rayonunda Vahib Zülfüqarov sevdiyi qızı qaçırmaq üçün dostları Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevlə birlikdə dəstə yaradıb.
Dəstə üzvləri zorla V.Zülfüqarovun sevdiyi qızı qaçırıblar. V.Zülfüqarovun atası Vahid Zülfüqarov da bu cinayət əməlində iştirak edib. Qızın valideynləri Polis Şöbəsinə şikayət ediblər. Şikayət əsasında dəstə üzvləri həbs edilib.
Məhkəmədə ifadə verən Vahib Zülfüqarov ifadəsində özünü qismən təqsirli bilib.
O, qaçırdığı qızı birinci sinifdən sevdiyini söyləyib.
Məhkəmənin hökmü ilə bilinən Elbəy Qədirov 11 il, Amlet Xankişiyev 11 il, Niyal Tağıyev 10 il 6 ay, Vahib Zülfüqarov 12 il, Vahid Zülfüqarov 10 il müddətinə azadlıqdan məhrum edilib. Vahid Zülfüqarovun barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib. O, məhkəmə zalından həbs edilib.
