Qəsdən adam öldürməkdə təqsirləndirilən Gündüz Aslanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd quliyevin icraatına verilib.
Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyayat-axtarış tədbirləri nəticəsində qətldə təqsirləndirilən, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Gündüz Çingiz oğlu Aslanov tutulub. Gündüz Aslanov 2015-ci ildə Rusiya Federasiyasında 1992-ci il təvəllüdlü Mübariz Nadir oğlu Səlimovu aralarında yaranan münaqişə zəminində öldürüb.
2016-cı il tarixdə Gündüz Aslanov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və axtarışa verilib.
Təqsirləndirilən şəxs Gündüz Aslanovun əməli 2018-ci ildə Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək barəsində axtarış elan olunub.
