Məzmuna keç

“Qazax Sement Zavodu” MTK-nı məhkəməyə verdi

“Qazax Sement Zavodu” MTK-nı məhkəməyə verdi

“Qazax Sement Zavodu” MMC “Bisütun” MTK-nı məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC ümumilikdə 15 491 manat borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə qərar çıxarılmasını istəyib.

Məhkəmə iddia ərizəsinı baxılmamış saxlayıb.

Qeyd edək ki, “Bisütun” MTK çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur.