Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını blçaqlamaqda təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il martın 21-də Bakı şəhərində baş verib. E.Hüseynov iş yoldaşı Altay Zəki-Zadəni bıçaqlayıb. Zərərçəkmiş məhkəmədə ifadəsində bildirib ki, o, E.Hüseynovdan hansı maddə ilə cəza çəkdiyini soruşub. E.Hüseynov isə onu bıçaqlayaraq "bu maddə ilə" cavabını verib.
E.Hüseynov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
